Fransız dili, dərs1, Fonetika (Phonétique)

Spread the love
attachments at once

Fransız dilində 26 hərf, 35 səs var. 20 samit 15 sait səs.

Hərflər:

1) “Aa” – a

2) “Bb” – b

3) “Cc” – 1: e,i,y saitlərindən əvvəl  “s” kimi

                 2: “ç” işarəsi olarsa “s” kim

                 3: sözün sonunda gələrsə “k” kimi

                 4: sözün sonunda “an” hərf birləşməsindən sonra  gələrsə oxunmur

                 5: a,o,u və samitdən əvvəl gələrsə “k” kimi

4) “Dd” – d (sözün sonunda oxunmur)

5) “Ee” – 1: tək hecalı sözlərdə və açıq hecada “ö” kimi

                 2: qapalı hecada və “é,è,ê” işarələri ilə “e” kimi

                  3: iki və çox hecalı sözlərin sonunda oxunmur

6) “Ff” – f

7) “Gg” – 1: e,i,y saitlərindən əvvəl “j” kimi

                 2: a,o,u və samitdən əvvəl “q” kimi

8) “Hh” – bu hərf yalnız yazıda işlənir, heç vaxt oxunmur

9) “İ, J, K, L, M, N, O, P,V,Z” – hərfləri yazıldığı kimi

10) “Qq” –  1: “k” kimi 

11) “R,r” – ğ kimi

12) “S,s” – s kimi, iki sait arasında “z” kimi, “s” hərfi sözün sonunda gələrsə  oxunmayacaq, sıradakı sözlər istisnadır: le mars, le fils, le terminus, l’ours, le tennis, le sens, jadis, un autobus, le maïs

13) “Tt” – t kimi, bu hərf sözün sonunda oxunmayacaq, sıradakı sözlər  istisnadır: sept, net, le test, la dot, le mat

14) “Uu” – ü kimi              

15) “Ww” – v kimi

16) “Xx” – “ks” kimi

17) “Yy” – “i” kimi

 QEYDLƏR:

1) “D,G,P,S,T,X,Z” hərfləri sözün sonunda gələrsə oxunmur 바람계곡의 나우시카 다운로드.

2) “neuf” sözü “ans və heure” sözlərinin qarşısında gələrsə  “f” hərfi “v” kimi oxunur

3) “P” hərfi “T” hərfindən əvvəl gələrsə oxunmur

4) “i” və “y” hərfindən sonra sait gələrsə “y” kimi oxunur

5) Fransız dilində qoşa həmcins samitlər bir samit səs kimi oxunur across the country.

error: Content is protected !!